MİSİR MƏDƏNİYYƏT VƏ TƏHSİL ŞÖBƏSİNİN RƏHBƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUB

MİSİR MƏDƏNİYYƏT VƏ TƏHSİL ŞÖBƏSİNİN RƏHBƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydini qəbul edib. Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov, “Bionanostrukturlar fizikası” laboratoriyasının müdiri Sevda Abdullayeva və Xarici əlaqələr şöbəsinin müdiri Elçin Cəfərov iştirak edib. N.Məmmədov ilk olaraq qonağa İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Daha sonra Ə. Sami görüşünün məqsədini açıqlayıb. O, AMEA Fizika İnstitutunun fizika sahəsinda aparıcı elmi müəssisə olduğunu qeyd edib. Bildirib ki, görüşdə məqsəd AMEA Fizika İnstitutu ilə Misirin Nağda Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdır. O, gələcəkdə İnstitutun alimlərinin Nağda Universitetində mühazirələrini təşkil etmək, kadrlar mübadiləsi aparmaq və müştərək tədqiqatlar aparmaq kimi təkliflər irəli sürüb.
İnstitutun direktoru, akademik Nazim Məmmədovəməkdaşlığın mümkünlüyünü bildirib və hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb.
İnnovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov əvvəlki illərdə də Misirin elmi müəssisləri ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.
Sonda qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olub.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


MİSİR MƏDƏNİYYƏT VƏ TƏHSİL ŞÖBƏSİNİN RƏHBƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUB

MİSİR MƏDƏNİYYƏT VƏ TƏHSİL ŞÖBƏSİNİN RƏHBƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUB

Oxşar xəbərlər