Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşları Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və fizika-riyaziyyat elmləri doktoru Almuk Abbasov “Qafqaz-Media İctimai Birliyi”-nin və Xalq TV-nin 2018-ci ildə keçirdiyi sorğuya əsasən “İlhamlı Azərbaycanım” diplomuna layiq görülüb. Diplom Fizika İnstitutunun əməkdaşlarına dövlətə, dövlətçiliyə, Azərbaycançılıq məfkurəsinə sədaqətinə, milli-mənəvi dəyərlərə verdiyi töhvələrə görə təqdim olunub.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri