Qazaxıstanda təxminən 4 min insan saxlanılıb

Qazaxıstanda təxminən 4 min insan saxlanılıb 9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərindən bugünə qədər ölkədə nəticələrə etiraz edən təxminən 4 min insan saxlanılıb.
Bu barədə ölkənin Daxili işlər naziri Yerlan Turqumbayev bildirib.
“Saxlanılan şəxslərdən 3 min nəfərə xəbərdarlıq edilərək sərbəst buraxılıb. 677 nəfər inzibati məsuliyyətə cəlb edilib, 305 nəfər cərimələnib”, - deyə nazir vurğulayıb.
O, kütləvi aksiyalarda 300-dən çox polis əməkdaşının yüngül xəsarət aldığını, onlardan altısının hazırda xəstəxanada müalicə olunduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, 9 iyun seçkilərində 70,76 faiz səslə Kasım-Jomart Tokayev qalib gəlib. Alma-Ata və Nur-Sultanda seçkilərin nəticələrinə etiraz olaraq razılaşdırılmamış aksiyalar keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər