22 yaşlı azərbaycanlının milyonluq saatı oğurlandı

22 yaşlı azərbaycanlının milyonluq saatı oğurlandı İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistə hücum edilib.
Hücum nəticəsində onun 1 milyon funt-sterlinq dəyərində olan saatı oğurlanıb.
Gündüz vaxtı hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gənc dostu ilə bir yerdə olub. Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.
Qeyd edək ki, oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, “50-03 McLaren F1” cəmi 40 qramdır.

22 yaşlı azərbaycanlının milyonluq saatı oğurlandı

Tehsil-press.az

Oxşar xəbərlər