Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ikigünlük ixtisasartırma kursu iyunun 28-də başa çatıb.
Kursa 25 şəhər və rayondan qatılan iştirakçılara sertifikatlar təqdim edilib.
Kursun ikinci günündə Milli Məclisin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili “İqtisadiyyatın innovativ inkişafında gənclərin rolu” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. İqtisadiyyatda nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək Azərbaycan dövlətinin əsas məqsədlərindəndir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin böyük məsləhətçisi Xanlar Ağalarov “Sosial şəbəkələr və informasiya müharibələri” mövzusunda məruzəsində ölkəmizin bu istiqamətdə gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışıb. Bildirilib ki, informasiya müharibələri müasir dünyada ən çox diqqət yetirilməli məsələlərdəndir.
“Azərbaycanda müasir könüllülük hərəkatının əsas istiqamətləri” mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Cahangir Hacıyev ölkəmizdə könüllülük hərəkatının yaranmasından danışıb. Qeyd edib ki, Azərbaycan dövləti digər sahələr kimi, bu sahənin də inkişafını diqqətdə saxlayır.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Regionlarda gənclərlə işin xüsusiyyətləri” mövzusunda məruzəsində bu sahədə görülən işlərdən bəhs edib. Bildirib ki, bu sahə ilə bağlı müxtəlif dövlət proqramları qəbul edilib və uğurla icra olunur.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

DİA-nın Mətbuat Xidməti