Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin növbəti açıq məşğələsi keçirilib.
Məşğələ DİA ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Davamlı və inklüziv inkişaf üçün innovativ idarəetmə: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.
Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan akademik U.Ələkbərov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını diqqətə çatdırıb.
Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən U.Ələkbərov son 15 ildə ölkəmizdə davamlı və inklüziv inkişaf üçün iqtisadi baza yaradıldığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir.
Rektor respublikamızın inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını xüsusi vurğulayıb.
Bildirilib ki, 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdə qərarlaşaraq, iqtisadi göstəriciləri daha yüksək olan Avropa İttifaqı ölkələrini belə geridə qoyub.
U.Ələkbərov innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondunun önəmli fəaliyyətini qeyd edib. Rektor ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəflərini, eləcə də davamlı inkişafa təsir edən amilləri beynəlxalq təşkilatların hesabatları ilə müqayisəli şəkildə diqqətə çatdırıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə DİA-nın yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün gənc mütəxəssislərin hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlətimizin elmi əsaslarla idarə olunmasıdır. Dövlət qulluğu üçün gənc kadrların hazırlanması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan DİA-nın qarşısında çox məsul vəzifə durmaqdadır.
Sonra suallar cavablandırılıb.
Tehsil-press.az