Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdindəki Bakı Turizm Peşə Məktəbində “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda tədbir keçirilib.
Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr edilib.
Tədbirdə ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov Ümummilli Liderin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq olub. Müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev həmişə Azərbaycanı özünə güvənən, qüdrətli bir ölkəyə çevirmək istəyib. Son illərdə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunan nailiyyətlər birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə iqtisadiyyatını bürüyən tənəzzül dayandırılıb, vətəndaşların təhlükəsizliyini təmin etmək mümkün olub.
E.Aslanov vurğulayıb ki, keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə Ümummilli Liderin səyləri nəticəsində Azərbaycan ardıcıl inkişafını davam edib, respublikanın sosial-iqtisadi həyatı yeni nəfəs alıb, təhsil, səhiyyə və digər sahələrdə ciddi irəliləyiş müşahidə olunub, milli kadr potensialının formalaşdırılması məsələsinə xüsusi önəm verilib. Ulu öndər Heydər Əliyevin Vətəninə və xalqına xidmət nümunəsi bu gün hər birimiz, xüsusilə gənc nəsil üçün əsl örnək hesab olunur. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə və dünyada söz sahibinə çevrilib.
“Heydər Əliyevin Azərbaycanda gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edən, ATMU-nun xidmət mühəndisliyi fakültəsi dekanının müavini Anar Fərmayılov bildirib ki, Ulu Öndər dövlət gənclər siyasətini uğurla həyata keçirməklə gənc nəslin milli və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinə lazımi diqqət yetirib. Azərbaycanda dövlət gənclər siyasəti yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıb. Gənclər siyasətinin önəmini dərk edən Ulu Öndər belə çətin şəraitdə 1993-cü ilin sentyabrında, Ali Məclisin sədri işlədiyi vaxt gənclərin böyük bir qrupu ilə görüşüb, ətraflı müzakirələr aparılıb və təkliflər irəli sürülüb. Məhz həmin təkliflər əsasında 1994-cü ilin iyununda Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirməli olan Gənclər və İdman Nazirliyi yaradılıb. Artıq həmin vaxtdan 24 il keçib və bu qurumun gördüyü işlər Ulu Öndərin nə qədər uzaqgörən addım atdığını təsdiqləyir. Bir qədər sonra Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin birinci forumu keçirilib. Bu, müstəqilliyimizi əldə etdikdən sonra gənclərlə bağlı keçirilən ən böyük tədbir olub.
Sonra ATMU-nun Heydər Əliyev lektoriyasının rəhbəri, dosent Məhərrəm Zülfüqarlı, marketinq kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Eminov, turizmin linqivistik təminatı kafedrasının müdiri, dosent Kəmalə Kərimova və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, dövlətçiliyin qorunub saxlanması istiqamətində gördüyü işlərdən danışıblar.
Daha sonra “Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafında ümummilli liderin rolu”, “Ümummilli lider Heydər Əliyev və milli mədəniyyətimiz” və digər mövzularda məruzələr dinlənilib.
Sonda ATMU-nun YAP-a yeni üzv olan bir qrup əməkdaşına vəsiqələr təqdim edilib.

ATMU-nun Mətbuat Xidməti