Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2018-2019-cu dərs ili üçün 1145 vakansiya təqdim olunub.
Müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün təşkil edilmiş müsahibələrin nəticələrinə əsasən, 525 nəfər daimi əsaslarla işə qəbul olunub. İl ərzində ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərdən 265-i iş yerini dəyişib. Bundan əlavə, 2018-2019-cu tədris ili üçün 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

BŞTİ-nin Mətbuat Xidməti