2019-cu ilin birinci yarısında Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı ötən illə müqayisədə iki dəfə artıb.
Təhsil Nazirliyindən Tehsil-press.az-a bildiriblər ki, ötən ilin ilk yarım ilində portala giriş sayı 673 min 240, səhifələrə ümumi baxış sayı 4 milyon 849 min 258 olubsa, cari ilin ilk altı ayında portala giriş sayı 1 milyon 199 min 651, səhifələrə ümumi baxış sayı isə 9 milyon 584 min 492 təşkil edib.
Xatırladaq ki, 2018-ci il ərzində elektron dərslik portalına giriş sayı 1 milyon 697 min 572, səhifələrə ümumi baxış sayı isə 12 milyon 452 min 46 olub.
Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.
2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
Tehsil-press.az