“Elektron hökumət”dən istifadə artır

“Elektron hökumət”dən istifadə artır Hazırda “Elektron hökumət” portalında 42 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır.

Tehsil-press.az xəbər verir ki, portalda real vaxt rejimində dəyişən sayğac vasitəsi ilə, elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür.
Statistikaya əsasən, may ayı ərzində vətəndaşlar portalda yer almış 42 sahə üzrə təqdim olunan 311 elektron xidmətə müraciət edib.
Beləliklə, ötən ay ümumilikdə müraciətlərin sayı 1 851 309 təşkil edib.


Tehsil-press.az

Oxşar xəbərlər