“Milli Net-2017” milli internet mükafatı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyinin elektron dərslik portalı (www.e-derslik.edu.az) bu müsabiqənin qalibi olub.
Portal “İlin ən yaxşı təhsil və elm” nominasiyası üzrə bütün nominantları üstələyərək müsabiqənin “Buta” mükafatını əldə edib.
Artıq doqquzuncu dəfə keçirilən “Milli Net” elektron resurslar müsabiqəsinə bu il 18 nominasiya üzrə 392 internet resurs təqdim olunub və onlardan yalnız 291-i yarışmaya buraxılıb. Həmin resurslardan 96-sı əsas mükafat uğrunda yarışmaq üçün nominant olaraq seçilib.
Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq 2014-cü ildə elektron dərslik portalını istifadəyə verib. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub, elektron kitablardan istifadə etmək mümkündür. Bundan əlavə, bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib. Portaldan daha rahat istifadə üçün qeydiyyatdan keçməklə bağlı izahlı video da əlavə edilib.
Bu il portala 59 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə, 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Hazırda 199 elektron dərslik, 22 müəllim metodik vəsait və iki sinifdənxaric oxu ədəbiyyatı olmaqla portalda 223 elektron kitab yerləşdirilib. Dərsliklər Azərbaycan və rus bölməsi üzrə I-X siniflər üzrə sıralanıb.
Portal yarandığı gündən bu vaxta qədər 2.500.000 dəfədən çox istifadə olunub. Təkcə 2017-ci ilin göstəricilərinə görə, bu rəqəm bir milyonu keçib. Portaldan qeydiyyatdan ]keçən istifadəçilərin sayı 172.143 nəfərdir.
Hikmət Əliyev