ABŞ alimləri Ayın müfəssəl xəritəsini hazırlayıblar. Yer kürəsinin təbii peykinin müfəssəl təsviri Amerika Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Lunar Reconnaissance Orbiter” (“Ayın orbital kəşfiyyatçısı”) zondunun göndərdiyi məlumatlar əsasında tərtib olunub.
ABŞ-ın Merilend Ştatındakı Qrinbelt qəsəbəsində yerləşən Hoddard adına Kosmik Uçuşları Mərkəzinin direktor müavini Mişel Taller qəzetə müsahibəsində bildirib ki, Ayın səthini tədqiq edən kosmik zond 2009-cu ilin iyununda buraxılıb və onun göyərtəsində görünən və ultrabənövşəyi diapazonlarda çəkiliş aparan videokameralar quraşdırılıb. Məhz onların sayəsində Yerin təbii peykinin qaranlıq tərəfinin də xəritəsini tərtib etmək mümkün olub. Bundan başqa, ABŞ-ın bu kosmik aparatında Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Agentliyinin kosmik qamma-spektroskopiya laboratoriyasında hazırlanmış cihazlar da yerləşdirilib. Bunlar neytron detektorlarıdır. “Ayın orbital kəşfiyyatçısı”nın iki il fəaliyyət göstərəcəyi nəzərdə tutulmuşdu, lakin bu aparat indiyədək tədqiqatları davam etdirir.
M.Taller daha sonra qeyd edib: “İndi biz Ayda hər təpənin, yarğanın, daşın yerləşdiyi nöqtəni bilirik”. Onun sözlərinə görə, bu dəqiq məlumatlar insanın Aya qayıtması ərəfəsində optimal istiqamət verir və avtomatik modulların təhlükəsiz enişini təmin edir. Tallerin çalışdığı Mərkəz NASA-nın tərkibinə daxildir və Vaşinqtonun yaxınlığında yerləşir.
Alim daha sonra qeyd edib ki, ABŞ-ın 1969-cu ilin iyulunda “Apollon-11” kosmik gəmisini Aya göndərdiyi zaman bu cür məlumatlar yox idi. Həmin vaxt Ayın səthinə enən üç astronavtdan biri – Maykl Kollinz “Kolumbiya” modulunda Yerin təbii peykinin orbitində qalmışdı. Lakin Ayın səthi haqqında heç bir ətraflı məlumat mövcud deyildi.
Hazırda NASA yeni pilotlu kosmik gəmi və onun daşıyıcısı üzərində iş aparır və onun köməyi ilə astronavtları 2024-cü ildə Aya, 2030-cu ildə isə Marsa göndərməyi planlaşdırır. Taller bununla əlaqədar əlavə edib: “Ay sözün həqiqi mənasında başımızın üzərində asılıb. O, özündə Günəş sisteminin tarixini saxlayır. Aya yeni ekspedisiya isə astronomiya elmində inqilabi dəyişiklik yaradacaq”.
Tehsil-press.az