Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisasının 3-cü kurs tələbələri Eldar Əliyev və Murad Hacıyev 13-19 iyul 2019-cu il tarixlərində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində keçiriləcək “Fərqlilik yarat: rəqəmsal hüdudları aşaraq biznes işində necə nailiyyətlər əldə etməyi öyrən” beynəlxalq yay məktəbində iştirak edəcəklər.
Yay məktəbinin məqsədi iştirakçıları müvafiq mövzular üzrə iqtisadi, maliyyə, ticarət, bank, marketinq, logistika və digər bir sıra sahələrdə digitallaşmanın təzahürləri barədə məlumatlandırmaqdır.
Mətbuat Xidməti