Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün növbəti xidmətə hazırlıq təlimləri keçirilir. Təlimlər yanvarın 31-dək davam edəcək. Təlimlərdə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 39 əməkdaş iştirak edir.
Təlimlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq üçün gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.
Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir. Təlimlərdə dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Təlimlər zamanı təlim proqramı üzrə mövzulara müvafiq olaraq gömrük orqanlarının hüquqpozmalara qarşı mübarizə təcrübəsi ilə bağlı xidməti sənədlərdən və faktlara dair videomateriallardan da istifadə olunur.
Tədris prosesinə Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşları, o cümlədən Akademiyanın yüksək bilik və peşə bacarığına malik olan professor-müəllim heyəti cəlb edilib.

DGKA-nin Mətbuat Xidməti