Azərbaycan Dillər Universitetinin (ADU) ikinci kurs magistrantı Bəyaz Hüseyn və dördüncü kurs tələbəsi Lalə Rüstəmli Frankofoniya Universitet Agentliyinin dəstəyi, ADU-nun Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın Plovdiv şəhərində ənənəvi gənclər festivalında ölkəmizi təmsil ediblər.
17 ölkədən 79 tələbənin iştirak etdiyi tədbirin 4-cü günündə Azərbaycanın təqdimatı olub. Təqdimat zamanı azərbaycanlı tələbələr mətbəximiz, adət-ənənələrimiz və tariximizdən, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışaraq milli süfrə açıb və “Nəlbəki” rəqsi ilə çıxış ediblər. Həmçinin festival iştirakçılarına “Yallı” rəqsini öyrədərək onlarla birgə rəqs ediblər.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
Tehsil-press.az