Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Rusiyanın Soçi şəhərində keçirilən XIX beynəlxalq festivalda iştirak ediblər.
Festival iştirakçıları Azərbaycana məxsus stend və sərgini maraqla izləyiblər. İştirakçılar Azərbaycanın gənclər siyasəti və mədəniyyəti barədə məlumatlandırılıblar. Eyni zamanda, festivalda milli mətbəximizin nümunələri təqdim olunub.
ADMİU-nun musiqi sənəti fakültəsinin tələbəsi Valeriya Hüseynzadənin ifası maraqla qarşılanıb.
Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları sahələri ilə məşğul olan gənclər arasında ADMİU-nun kino və televiziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alıb.
Rusiya və xarici ölkələrin rəsmi şəxslərinin qatıldığı festivalın məqsədi gənclər arasında beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsi olub. Tədbir “Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq - keçmişimizə hörmət edərək gələcəyimizi qururuq” şüarı altında keçirilib.
ADMİU-nun Mətbuat xidməti