Yeni tədris ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib

Yeni tədris ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
Dərsliklərin avqustun 25-dək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər