ABŞ-dan YouTube-a ZƏRBƏ

ABŞ-dan YouTube-a ZƏRBƏ ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar "YouTube" saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

Təhsil-press.az xəbər verir ki, "Pepsi", "Walmart" və "Starbucks" şirkətləri də bu kampaniyaya qoşulublar.
"Pepsi" şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin "YouTube"-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. "Walmart" bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. "Starbucks" də müvəqqəti olaraq "YouTube"-də reklamlarını dayandırdığını açıqlayıb.
Qeyd edək ki, bir neçə şirkətin "YouTube"-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət "YouTube"-nin məxsus olduğu "Google" şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti "Verizon i AT&T", kosmetika və tibb avadanlıqları istehsalçısı "Johnson & Johnson", Böyük Britaniyanın "Royal Bank of Scotland", HSBC və "Lloyds" bankları var.
"Google' şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

Təhsil-press.az

Oxşar xəbərlər