İstedadlı şagirdlərldə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması

İstedadlı şagirdlərldə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması 17 ildir ki kimya müəllimi işləyirəm hələ V-sinifdə oxuyanda mən VIII- sinif şagirdləri ilə kimya dərslərində iştirak edirdim. Bunun nəticəsi olaraq 1994-cü ildə 9-cü sinifdə olimpiadanın Respublika turuna qədər yüksəldim. Həyatda qazandığım bilik və bacarığlarımı, təcrübəmi istərdim ki, sizlərlə bölüşüm.
Bildiyimiz kimi təhsilin əsas məqsədlərindən biri istedadlı uşaqların bütün imkanlarının aşkar edilməsi və inkişaf etdirilıməsidir. Bu cür şagirdlərin dəstəklənməsi , və inkişafının izlənməsi əsas prioritet məsələdir.
Müəllimin istedadlı şagirdlərlə işi mürəkkəb və heç vaxt bitməyən prosesdir. Bunun üçün müəllim şagirddə hər an baş verən yüksəlişi, çevikliyi,psixoloji durumu , həmçinin valideynləri və digər fənn müəllimləri ilə əməkdaşlığı hər an diqqətdə saxlamalıdır.Bütün istedadlı şagirdlər müxtəlif proqramlar tətbiq olunan xüsusi sinif və məktəblərdə oxumaq imkanına malik deyillər.
Bütün məktəblərdə istedadlı şagirdlər vardır.Sadəcə olaraq onları aşkar etmək, düzgün istiqamətləndirmək və yaracılıq qabiliyyətini inkişaf etdirmək lazımdır.
İstedadlı şagirdlərdə istedadı aşkar etmək üçün müəllim bir sıra meyarlara diqqət etməlidir. Bunun üçün məktəblərdə istedad bankları yaradılmışdır. İstedada malik olan uşaq öz fikirlərini , mülahizələrini sistemli şəhr etməli,lazım gəldikdə fakt və rəqəmlərlə onları müdafiə etməli ,müqahisələr,həmçinin ümumləşdirmələr aparmağı bacarmalıdır. Hər hansı məsələni analiz- sintez etmək qabiliyyətinə malik olmalı ,ona verilmiş məsələnin necə həll edildiyini müstəqil araşdırmağı,mühakimə yürütməyi,nəzəri biliklər əsasında kombinə edilmiş məsələlər qurub onların həllinə nail olmalıdır. Həmçinin istedadlı şagird konkret əqli nəticəyə gəlməyi fərziyyələr irəli sürməyi, onu elmi cəhətdən əsaslandırmağı və nəticə çıxartmağı bacarmalıdır. Kiçikyaşlı məktəblilər arasında qabiliyyətli və istedadlı uşaqlaın aşkar edilməsində tətbiq edilən mühüm formalardan biri onların psixoloji cəhətdən araşdırılmasıdır.
Qabiliyyətli və istedadlı uşağın maraq və meyillərini məsh az yaşlı olarkən araşdırmağın və inkişaf etdirməyin mümkün və zərüri olduğu müəyyənləşdirilmişdir. Uşağın təfəkkür tərzi yaradıcılıq imkanları müəyyənləşdirdikdən sonra ,onun düzgün istiqamətləndirilməsi gələcəkdə həmin uşaqların düzgün formalaşmasına və inkişafına müsbət təsir göstərəcəkdir.Məlumdur ki, uşaq psixologiyası olduqca mürəkkəbdir.Onu tez bir zamanda öyrənmək çətindir. Ona görə tez-tez şagirdlərlə söhbət edib onları düşünməyə sövq edən suallar vermək lazımdır. Bu zaman yaranan emosiyaları,onların dərketmə və düşünmə tərzlərini,yaradıcı cavablarını ,özünəməxsus təfəkkür mexanizmlərini fantastik fikirlərin izləyib müşahidələr aparmaq lazımdır. Elə bu zaman bir qism şagirdlər haqqında dolğun fikr yaranır. Artıq onlarla necə iş aparmaq haqqında planlaşdırılma aparılmalıdır.Bu gün bir şox psixoloji sınaqlar,yaradıcılıq tələb edən suallar,tapşırıqlar, krosvordlar eləcədə şagirdlərin psixoloji xüsusiyyətlərini məsələn rəngseçmə,fiqurları bir- birindən fərqləndirmək kimi cəhətlərlə aşkar etmək olar.
Qabiliyyətli və istedadlı şagirdləri iradi keyfiyyətlərinə görə də araşdırılmalıdır. Bu məqsədlə onlara yorucu məsələlər verməklə işlərini yoxlamaq lazımdır.Məsuliyyətli tapşırıqların icrasına nəzarətlə yanaşı ,şagirdləri bir bir müqahisə etmək lazımdır.Bu zaman onların `çətinliyə,sözə qarşı cavabı və mimikalarında baş verən dəyişiklikləri müşahidə etmək lazımdır. Hər bir şagirdin uşaq vaxtı psixoloji xüsusiyyətlərini öyrənməjk işin sonrakı gedişində böyük köməklik göstərir. İş təcrübəmdə müəyyən etmişəm ki,şagirdin kiçik yaşlarında meyl və maraqları aşkar olub ,düzgün istiqamətlənirsə nətəcə yaxşı olacaqdır. Bu zaman şagirddə intellektual qabiliyyət surətlənər.Məsələn III, VI sinif şagirdlər arasında kimya fənninə meylli uşaqları aşkar etmək məqsədi ilə onlarla bir neçə söhbət apardıqdan sonra ayrı –ayrı siniflərdən seçilmiş uşaqlara bir tapşırıq verdim.Uşaqlar nəlbəkiyə bir şam qoyub yandıraq.
Lakin nəlbəkiyə yarıya qədər su tökək və bir stəkanı şamın üzərinə çevirək.Bu zaman şam bir az yandı, sonra tədricən sönür ,kimyəvi stəkanda suyun səviyyəsi qalxır.Bunun səbəbini araşdıraq.Bu zaman bütün şagirdlər nəticələrini qeyd edir.Əksəriyyəti məqsədə yaxın olan şərhlər yazır ,lakin bir şagird VI- sinif şagirdi Əliyev Möhsün belə cavab verdi.Nəlbəkiyə şam əridilib qoyuldu.Şam parafindir.
Oksigen onun yanmasına köməklik etdi.Sonra nəlbəkiyə su töküldü.Boş stəkanı şamın üzərinə çevirəndə şam tədricən söndü.Şamın sönməsinin səbəbi orada oksigenin qurtarmasıdır.
Həyat bilgisi dərsindən öyrənnmişik ki, oksigen yanmağa kömək edir. Belə
Halda bir çox suallara şagirdlərə müraciət etməklə onların ilkin istedadlarını yoxlamaq mümkündür.
Məsələn:
1) Havanın tərkibində hansı qazlar var?
2) Nə üçün maddələr təbiətdə tükənmir?
3) Su, buz buxar verilmişdir.Bircinsli maddələr necə hazırlamaq olar?
Bu zaman yaranan emosiyaları , onların dərk etmə və düşünmə tərzlərini, yaradıcı cavablarını, öznə məxsus təfəkkür mexanizmlərini, fantastik fikirlərini müşahidə etmək lazımdır .Bu zaman bir qism şagird haqqında dolğun fikir yaranır və onlarla necə iş aparılmasının planlaşdırmaq mümkün olur.Bunun üçün pisxoloji sınaqlar, yaradıcılıq tələb edən suallar , tapşırıqlar , krosfordlar hazırlanıb şagirdə təqdim edilməlidir.Çalışmaq lazımdır ki, şagirdin hansı tempramentə , xarakterə malik olduğu, iradə möhkəmliyi riyazi təfəkkürü psixoloji hazırlığı təxəyyülü , lüğət ehtiyatının zənginliyi , elmə, bədii ədəbiyyata, həmçinin yaradıcılığa marağı düzgün araşdırılsın. Bu keyfiyyətlər istedadın inkişafı üçün əsas şərtlərdir.
İstedadlı şagirdlər öz yaradıcılından əsasən aşağıdakı xüsusiyyətlərə görə fərqlənir.
1.Müəyyən sahə üzrə ,müəyyən vaxt ərzində şagird öz yaşıdlarına nisbətən qabiliyyətlərini yüksək səviyyəsinə çatdırır.Və buna görə də onlardan fərqli nəticələr əldə edir.
2.Əgər müəyyən fənn üzrə qabiliyyəti olan şagird həmin sahə üzrə istiqamətləndirilirsə o, bu sahədə yaşıdlarına nisbətən daha yaxşı nəticələr göstərəcəkdir.
3.Şagird başqa fənnlərdən müvəfəqiyyət qazanırsa da , qabiliyyəti olan sahədə intensiv fəaliyyəti prosesində mühüm nəaliyyətlər əldə edir.

İstedadlı şagirdlərldə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması

Ümümiyyətlə istedadlı şagird çox aktiv olur, həmişə o nə, iləsə məşğuldur.Onlar qarşılarına qoyduqları məqsədə çatmaq üçün inadla çalışırlar.Hər şeyi ətraflı öyrənmək və əlavə məlumat almaq istəyirlər.Şagirdi dəfələrlə pedaqoji və psixoloji sınaqlardan çıxarmaq lazımdır.Bu zaman şagirdin fərqli xüsusiyyətlərini özündə dəqiqləşdirdim lakin şagirdlə fərdi məşğul olmağımı qoydum.IX-sinifdə isə bu cür istedada malik şagird mütləq fənn olimpiadalarına qoşulub nəticə almalıdır.Fikirlərimi dəqiqləşdirib şagirdin valideynini məktəbə dəvət etdim. Valideyni övladında müsbət tərəflərinin lmasını , həmçinin yüksək potensial, istedadın olması çatdırıldı.Bildirildi ki, kiçik yaşlarından şagirdin idrak fəaliyyəti səmərəli təşkil olunsa eyni zamanda onda riyazi fiziki və bioloji bilikləri inkişafı övladınızın istedadının parlamasına gətirib, çıxaracaqdır.Nəzarətə götürdüyüm şagirdi həvəsləndirmək üçün çox böyük faydası var.
Aşağı siniflərdə şagirdlərin seçilməsi prosesində onların riyaziyyat və fizika üzrə bilikləri mütləq nəzərə alınmalıdır.Məlum məsələdir ki, bəzən şagirdlər kimyəvi və bilolji anlayışlarla maraqlanırlar.Lakin riyazi bilikləri aşağı olur.Bu halda həmin şagird gələcəkdə kimyanın kəmiyyət xarakteristikasını verə bilmir.Mən bir kimya müəllimi kimi belə qənaətə gəlirəm ki, bu cür şagirddi həvəsləndirmək üçün arabir kimya dərslərinə dəvət edilməli, kimya dərslərində təlim xarakteri tədbirləri,aparılan təcrübələri müşahidə etmək kimyəvi maddələrlə işlədikdə təhlükəsizlik qaydalarına əməl etməsinə fikir verilməlidir.Qabiliyyətinə görə seçilmiş aşağı sinif şagirdləri isə kimya üzrə əyləncəli təcrübələri,maraqlı kimyəvi hadisələrə həsr olunmuş ədəbiyyatları,Respublikamızın görkəmli kimyaçı alimlərin həyat fəaliyyətlərini əks etdirən yazıları oxumağa tövsiyə edərdim.İstedadlı şagird məktəbdə oxuduğu uyğun sinfə çatanda mütləq həmin fənn üzrə olimpiadalarda iştirak edərək istedadını daha yaxşı üzə çıxardacaqdır.
Bir fikri də qeyd etmək lazımdır ki, şagird həddən artıq yüklənib çətinliyə düşməsin.eyni zamanda verilən tapşırıq şagirdin oxuduğu fənnlərin səviyyəsində olsun.daima şagirdi həvəsləndirmək lazımdır. Qabiliyyəli şagirdin idrak fəaliyyətinin fəallaşmasında dərsliklərdən elmi kütləvi ədəbiyyatdan istifadə bacarığının inkişaf etdirilməsi isə mühüm rol oynayır. Ən əsası çaklışmaq lazımdır ki şagirdlər məktəbdə oxuduğu zaman onlarda tədqiqatçılıq, axtarıcılıq meyləri formalaşsın.
Allahın sevdiyi qullarına verdiyi xüsusi vergi olan istedad dahiliyin bünövrəsidir
“İstedad öz taleyini əldə etmək qabiliyyətidir” “Əməksiz istedad rəngli fişəngə bənzər ki o, partlayanda gözü qamaşdırar,sönəndə isə yox olub gedər”. Artıq 2015-ci ildən bütün məktəblərdə istedad bankı yaradılmışdır. “İstedad bankı” sərgi müsabiqə, festifal idman və olimpiadalarda istedadları ilə fərqlənən məktəblilərin nəaliyyətlərindən ibarətdir. İstedad sonradan qazanılmır insanın özü ilə doğulur.Elə uşaqlar var ki, istedadı inkişaf etdirə bilmir. Fitri istedadı onun içində məhf olub gedir.Lakin istedadı ilə kifayət qədər tanınan və dəyərləndirilən uşaqlar var.Odlar yurdu Azərbaycan istedadlar diyarıdır.Onlar da dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatələnir.
Ümumilli lider Heydər Əliyevin 1993-cü ilin iyulun 29-da imzaladığı fərmanda
Bir sıra nazirliklər qarşısında istedadlı uşaqların aşkarlanması və inkişaf etdirilməsi vacib məsələ kimi tələblər qoyulmuşdur. Prezident İlham Əliyevin xüsusi istedada malik olan uşaqların yaradıcılıq qabiliyyətinin inkişafı üzrə Dövlət proqramının təstiq edilməsi haqqında imzaladığı sərəncam istedadlı uşaq və gənclərin aşkara çıxarılması onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımı şərait yaratdı. Bu gün güclü və dinamik inkişaf edən Respublikamıza yüksək intelekti ilə fərqlənən Kadrlar lazımdır. Starategiyada nəzərdə tutulan məsələlərdən biri də istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsidir.Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərlə aparılan bir sıra mühüm işlərin sahəsində beynəlxalq fənn olimpiadalarında medal qazanan şagirdlərin sayı ildən ilə artır.Ümid edirəm ki, milli təhsilimizin inkişafı istiqamətində bu kimi yeniliklərin tətbiqi təhsil sistemində müsbət dəyişiklərə yol açacaq.Həmçinin eyni zamanda orta məktəblərdə təhsilin keyfiyyətinin və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə ən əsası isə təhsilin məzmunun, kadr hazırlığının, təhsil infrastrukturunun Azərbaycan Respublikasının inkişafı üçün geniş imkanlar yaradacaqdır.

Könül Bayramova
Lənkəran rayon M.X.Cəbrayılov adına
Şovu kənd tam orta məktəbin
direktoru

Oxşar xəbərlər