XİN rəhbəri: Türkiyə bütün sahələrdə hər zaman Azərbaycanı dəstəkləyəcək

XİN rəhbəri: Türkiyə bütün sahələrdə hər zaman Azərbaycanı dəstəkləyəcək Türkiyə bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfirlərlə görüşü zamanı deyib.
M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan Türkiyə üçün qardaş ölkədir.
Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər