Ölkədə dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzları tikilməlidir.
Bu təkliflə millət vəkili Fazil Mustafa şəxsi feybsuk hesabında çıxış edib.
Onun sözlərinə görə, bu hovuzlarda da ödənişsiz əsaslarda uşaqlar üzməyi öyrənməlidirlər:
"Dənizin sahilində olan dövlətin vətəndaşları Monqolustandakı kimi dənizə laqeyd qala bilməz ki... Uşaqlıqda öyrənməyəndə sonralar daha çətin olur. Yüz xilasedici yığ sahilə, bununla problem çözülməz ki... İnsanlara üzməyi öyrətməliyik. Hər gün dənizdən ölüm xəbəri eşidəndə nəticə çıxarmamağımız adamı daha çox üzür. Rusiyada uşaqların əksəriyyəti erkən yaşlardan suya alışdırılır. Biz bu məsələdə də hədsiz bilgisiz və biganəyik..."
Tehsil-press.az