Baş Nazir Türkmənistanda bir sıra görüşlərə qatıldı

Baş Nazir Türkmənistanda bir sıra görüşlərə qatıldı Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirilib.
Foruma Xəzəryanı ölkələrin - Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın Baş Naziri Boyko Borisov və Özbəkistanın Baş Naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri, o cümlədən Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri qatılıblar. Forumda Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Forum çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Baş Nazir Novruz Məmmədov ilə görüşüb.

Tehsil-press.az



Oxşar xəbərlər