Elmar Məmmədyarov Bolqarıstana səfərə gedib

Elmar Məmmədyarov Bolqarıstana səfərə gedib Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya rəsmi səfərə yola düşüb.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.
Səfər çərçivəsində nazir E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər