Bu gün pilot Rəşad Atakişiyevin dəfnindən 7 gün keçirir.
Mərhum pilotun Samux rayonunun Alabaşlı kəndində yas mərasimi keçirilib.
Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev hadisədən danışıb.
Atasının sözlərinə görə, hadisə baş verən zaman Rəşad 6 saniyə özündə olub. O istəyib ki, təyyarəni nizama salsın, texnikanı xilas etsin:
"Ancaq 6 saniyədən sonra Rəşadda can olmayıb. Buna görə də o, katapult edə bilməyib. Cənab nazir Zakir Həsənov mənə dedi ki, ağsaqqal, siz fəxr etməlisiz. Çünki həmin 6 saniyənin bir saniyəsini Rəşad katapulta istifadə edə bilərdi. Amma Rəşad bunu yox, texnikanın xilas etməyi fikirləşib. Ancaq buna müəssər olmayıb. Rəşadda cəmi 6 saniyə can olub".
Qeyd edək ki, hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.
Tehsil-press.az