Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin (BDU) 2018-2019-cu tədris ilinin məzunları ilə təntənəli görüş olub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Müvafiq qurumların nümayəndələrinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən nazir BDU-nun bu sahənin inkişafında müstəsna xidmətlərini vurğulayıb.
C.Bayramov ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb.
BDU-nun inkişaf mərhələləri ilə bağlı fikirlərini qeyd edən nazir bu il universiteti 5 minə yaxın tələbənin bitirdiyini deyib.
Universitetin rektoru Elçin Babayev BDU-da təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Məzunların doğma universitetin adını daim uca tutacaqlarına, ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəklərinə əminliyini bildirən rektor onları təbrik edib, uğurlar arzulayıb.
AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov ölkəmizdə təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, məzunlara tövsiyələrini verib.
BDU-nun 18 yaşlı magistrantı Turanə Tağıyeva və çıxış edən məzunlar gənclərin təhsilinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları verilib.
Sonra maraqlı konsert proqramı təqdim edilib.

BDU-nun Mətbuat Xidməti