İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı bəzi problemlər araşdırılır

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı bəzi problemlər araşdırılır Azərbaycan əlifbası ilə domen adlarının tərtib olunması aktual məsələlərdəndir. Domen adlarının - *.bakı, *.naxçıvan, *.şəki, *.məktəb və s. bu kimi yeni adların alınması, eləcə də “əlincə.az”, “qarabağ.az”, “xankəndi.az” və s. kimi adların tərtibatı üçün mövcud problemlərin aradan qaldırması zəruridir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti iclasında aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova məlumat verib.
Məruzəçi milli əlifba ilə yazılmış yüksəksəviyyəli domen adlarının “ICANN” internet korporasiyası tərəfindən akkreditə olunmuş qeydiyyatçılarının siyahısını təqdim edib. O, Azərbaycan əlifbası ilə domen adlarının yaradılmasının bir çox problemləri aradan qaldırmağa kömək edəcəyini vurğulayıb: “Azərbaycan əlifbası ilə domen adlarının tətbiqi ingilis dilini bilməyən insanların, xüsusilə də yaşlı nəslin internet resurslarından istifadə imkanlarını genişləndirəcək. Bununla yanaşı, domen adlarının yaradılması və tətbiqi ilə bağlı müəyyən məhdudiyyətləri aradan qaldıracaq, eləcə də Azərbaycan dilində əmtəə nişanlarının düzgün təsvirinə imkan yaradaraq, çoxdilli domen adlarının qeyri-ingilis dilli yerli bazarlara çıxışı, bu bazarlarda reklam və marketinq kampaniyaları aparılması üçün geniş və səmərəli imkanlar verəcək. Həmçinin Azərbaycan dilinin norma və qaydalarını təhriflərdən qoruyacaq, istənilən toponim və adların qeydiyyatına imkan yaradacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər