GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏDRİS BİNALARINA DAHİ ŞƏXSİYYƏTLƏRİN ADLARI VERİLƏCƏK

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏDRİS BİNALARINA DAHİ ŞƏXSİYYƏTLƏRİN ADLARI VERİLƏCƏK Gəncə Dövlət Universitetində Elmi Şuranın və müxtəlif mötəbər tədbirlərin keçirildiyi iclas zalına dahi Azərbaycan şairi, dünya poeziyasının ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvinin adı verilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bununla əlaqədar Elmi Şuranın bu il üçün keçirilən ilk iclasında rektorun müşaviri, dosent Asif Cavadov cari məsələlərin müzakirəsində təqdimatla çıxış edib.
Təqdimat Elmi Şuranın üzvləri tərəfindən müzakirə edilib və qəbul olunub.
Rektor Yusif Yusifov bildirib ki, yaxın vaxtlarda Gəncə Dövlət Universitetinin tədris binalarına da dahi şəxsiyyətlərin adlarının verilməsi nəzərdə tutulub.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər