Tarix səhnəsinə çıxdığı gündən dövrümüzə qədər onlarca dövlət qurmuş və önəmli hadisələrdə öndə olmuş türk millətinin zəngin bir tarixi keçmişə sahib olmasından daha dəyərli bir fakt yoxdur.
Türkcənin hər bir tarixi görümünü hər yönüylə incələməyə çalışmaq, istər tarixi, istər dil faktları, istərsə də maddi və mənəvi abidələrin, həmçinin kulinariyasının araşdırılması hər bir türk ziyalısı üçün vazkeçilməz bir xidmət, vətəndaşlıq borcu olmalıdır. Zəngin bir söz xəzinəsini özündə toplayan və türkcənin bütün dil qatlarında paralel şəkildə müxtəlif areallar formasında işlənən sözlərin ortaya çıxarılması, tədqiq edilməsi, ortaq türk dialektlərində işlənən yemək və içki adlarını tarixi-etimoloji aspektdən təhlil edib, Azərbaycan türkcəsinin söz varlığının tam anlamıyla ortaya çıxara bilmək üçün bu lüğət böyük əhəmiyyətə və əvəzsiz qiymətə malikdir.
Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğətinə diqqət yetirəndə görürük ki, bu lüğət təkcə Azərbaycan dilinin yox, ortaq türkcədə olan yemək və içki adlarının tarixi-etimoloji təhlili əsasında hazırlanmışdır. Müəllif təvazökarlıqdan irəli gələrək lüğətin adında bunu vermir. Hər bir lüğətin yarandığı zaman, sözsüz ki, əskiksiz və qüsursuz ola bilməz. Türk dünyasına və türk dilinə böyük töhfə olan lüğətin Azərbaycan xalqının ermənilər tərəfindən oğurlanmış yemək və içki adlarının qorunması istiqamətində böyük əhəmiyyət kəsb etməsi danılmaz faktdır.
Müəllif bu lüğətdə 450-dən çox yemək və içki adını tarixi-etimoloji aspektdən izah etmiş və onların hazırlanma qaydalarını da, həmin leksik vahidlərin qədim abidələr və yazılı mənbələr əsasında türkdilli xalqlardakı izlərini müqayisə, qarşılaşdırma və tutuşdurma yolu ilə təhlilə belə cəlb etmişdir.
Gələcəkdə filoloji lüğətlərin yaradılması üçün mühüm bir baza rolunu oynayan bu lüğətdə, müəllif ənənəvi yolla getməmiş, uzun illər topladığı materiallar əsasında əski türkcənin fonetik, leksik, qrammatik bazasına və eyni zamanda türk xalqlarına məxsus qədim dil faktlarını üzə çıxarmış, innorasiyaları öyrənmiş, türk dili dialektlərinin qarşılıqlı əlaqəsinin bəzi tarixi məqamlarını araşdırmış, həmçinin qohum və qohum olmayan dillərin tarixi kontaktlarına aydınlıq gətirmişdir. Bu da lüğətin həm aktuallığını, həm də əhəmiyyətini artıran faktlardan biridir.
Müəllif lüğətdə, 1968-ci ildə tərtib edilmiş “Azərbaycan folklor antologiyası”nı, M.Şirəliyevin 1943-cü ildə nəşr etdirdiyi “Bakı dialekti” əsərini, həmçinin 2013-cü ildə nəşr olunan “Təbriz folklor örnəkləri”ni qeyd etmiş və özünün topladığı izahları daha da geniş şəkildə əsaslandıraraq ərsəyə gətirmişdir.
Müəllif lüğətdə yeri gəldikcə xörək və içki adlarının 90%-dən çoxunun türk mənşəli olduğu nəticəsinə gəlmişdir. Müəllif döymənc, aş, əzmə, hədik, dolma, soyutma, yarma və s. xörək adlarının əmələgəlmə üsullarına da geniş yer ayırmış, aydınlaşdırmışdır ki, semantik, morfoloji və sintaktik üsulla yaranmış xörək və içki adları dilimizdə və həmçinin ortaq türkcədə çoxluq təşkil edir.
Lüğəti əldə edib oxuyan oxucu üçün verilən yemək və içki adlarının nəinki Azərbaycan, o cümlədən türk dillərində və dialektlərində nə dərəcədə geniş işləndiyini görə bilər. Müəllif burada dilimizin alt qatlarında olan və ya passivləşən arxaik sözləri belə unutmamışdır.
Bu baxımdan lüğət olduqca aktual və əhəmiyyətli bir əsərdir. Lüğəti ərsəyə gətirən ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya belə bir xidmətinə görə təşəkkür edir, kitabın davamı olaraq ikinci cildinin hazırlanmasında uğurlar diləyirik.
Könül SƏMƏDOVA,
ADPU-nun filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru