Əsədin 29 biznesmeni həbs etməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: Putinin 3 milyardlıq... - TƏFƏRRÜAT

Əsədin 29 biznesmeni həbs etməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: Putinin 3 milyardlıq... - TƏFƏRRÜAT Suriya prezidenti Bəşər Əsəd və onun əmioğlusu Makluf Rami arasında fikir ayrılıqları ikincisinin Rusiyanın borcunu ödəməsindən imtina etməsindən sonra başlanıb.
Bu haqda “Al Quds Al Arabi” nəşri yazıb.
KİV-in yazdığına görə, söhbət Rusiyaya olan milyardlarla dollar borcdan gedir. Məlumata görə, Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putin Suriyanın aldığı 3 milyard dolları qaytarmağı tələb etdikdən sonra Maklufun həbsinə məcburi olaraq imza atıb.
Hazırda Makluf Rami də daxil olmaqla, 29 nüfuzlu Suriya biznesmeninə qarşı araşdırmanın aparıldığı bildirilir. Məlumata görə, biznesmenlər şirkətlərinin ofislərində axtarışlar aparılır. “Vatan” nəşri isə həmçinin, mənbələrə istinadən Makluf Raminin hazırda ev həbsi altında olduğunu bildirib. Ev həbsi altında olanlar arasında Maklufun 3 oğlunun da olduğu deyilir.
İngiltərənin “The Sun” qəzetin məlumatına görə, ölkənin ən zəngin adamlarından olan Maklufun aktivləri müsadirə olunub və vətəndaş müharibəsinin gedişində Rusiyadan alınan borcların ödənilməsi üçün istifadə olunacaq. Rəsmi olaraq pul vəsaitlərinin müsadirəsi korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində aparıldığı açıqlanıb.
Panama sənədlərinə görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rami Maxlufun varidatı 5 milyard dollardan çox olub.

Tehsil-press.az

Oxşar xəbərlər