Rusiyanı seçir? - Borisovdan KRİTİK AÇIQLAMA

Rusiyanı seçir? - Borisovdan KRİTİK AÇIQLAMA “Su-35 və Su-57-nin satın alınması Ankaraya bağlı məsələdir”.
Bunu Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqustda Moskvaya səfər etməsindən sonra yenidən gündəmə gələn məsələ ilə bağlı “Moskva. Kreml. Putin” proqramında danışan Borisov qeyd edib ki, iki ölkə arasında razılaşmanın əldə olunması Türkiyənin addımı ilə gerçəkləşəcək.
Qeyd edək ki, Rusiya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablabndıran Ərdoğan Su-57-nin F-35-ə alternativ olub-olmayacağına dair verdiyi cavabda “ABŞ-a alternativ olaraq təmin edə biləcəyimiz bazarlar çoxdur” sözlərini demişdi.
Xatırladaq ki, ABŞ Rusiyadan S-400 zenit raket kompleksləri aldığına görə Türkiyəyə sanksiya tətbiq edir və onu ortağı olduğu F-355 qırıcı proqramından çıxarmaqla hədələyir.

Zümrüd

Oxşar xəbərlər