Rusiyada vahid səsvermə günü başa çatdı - Yenilənib

Rusiyada vahid səsvermə günü başa çatdı - Yenilənib Rusiyada vahid səsvermə günüdür.
Vahid səsvermə çərçivəsində 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçirilir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında yaradılmış seçki məntəqəsində Moskva Dövlət Dumasına seçkilərdə səs verib.
İnquşetiyada isə regionun rəhbəri artıq seçilib. Məhəmməd Əli Kalimatov İnquşetiya Respublikasının başçısı seçilib. Elə bu gün də o, respublikanın rəhbəri kimi and içib. İnquşetiya qanunlarına görə, respublikanın rəhbəri parlamentin deputatları tərəfindən gizli səsvermə yolu ilə seçilir.
**
Rusiyada vahid səsvermə günü başa çatıb.
Artıq bəzi bölgələrdə seçkilərin ilkin nəticələri hesablanıb.
Qeyd edilir ki, bu il keçirilən vahid səsvermə günü ən irimiqyaslılardan biri olub. Belə ki, seçkilər Rusiyanın 85 subyektində 48 mindən çox seçki məntəqəsində keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər