Radiasiya Problemləri İnstitutu Rusiya və Ukraynanın elmi müəssisələri ilə əməkdaşlıq edəcək

Radiasiya Problemləri İnstitutu Rusiya və Ukraynanın elmi müəssisələri ilə əməkdaşlıq edəcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib.
Görüşdə direktor, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqlara institutun yaranma tarixi, fəaliyyət istiqamətləri və burada əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Rusiya Elmlər Akademiyasının Kazan Fiziki-Texniki Universitetinin professoru Andrey Stepanov, Ukraynanın Droqobiç Pedaqoji Universitetinin professoru, Nanobiotexnologiya və Funksional Nanosistemlər üzrə Ukrayna-Azərbaycan Birgə Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Taras Kavetski və həmin mərkəzin elmi katibi Mariana Kravtsiv təmsil etdikləri qurumların yaranma tarixi və elmi nailiyyətlərindən bəhs ediblər. Onlar Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq etmək və birgə layihələr həyata keçirmək istədiklərini bildiriblər.
Sonra qonaqlar institutun laboratoriyalarında olan müasir avadanlıqlar və onların iş prinsipi ilə yaxından tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər