Güclü göz yaddaşı yaponiyalını həbsə sürüklədi

Güclü göz yaddaşı yaponiyalını həbsə sürüklədi Yaponiyanın Tokio şəhərində 1300 alıcının bank kartının məlumatlarını oğurlayan kassir həbs olunub.
Kartların 16 rəqəmli kodunu, sahiblərin ad və soyadlarını, eləcə də digər şifrələri göz yaddaşı ilə yadda saxlayan kassir bütün məlumatları bloknotunda qeyd edib. Daha sonra o, onlayn şəkildə alış-veriş edib. Əldə etdiyi əşyaları lombarda təhvil verən gənc aldığı pulu ev kirayəsi və qidalanmasına xərcləyib.
Yaponiyalı növbəti sifarişi zamanı ələ keçib. Belə ki, sifariş verdiyi çantalar üçün 2500 dollar ödəniş edən gəncə əşyaları kuryer yox, polis çatdırıb. Onun evindən həmin bloknot da tapılıb.

Tehsil-press.az

Oxşar xəbərlər