GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ALİMİNİN MƏQALƏSİ NÜFUZLU ELMİ JURNALDA DƏRC OLUNUB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ALİMİNİN MƏQALƏSİ NÜFUZLU ELMİ JURNALDA DƏRC OLUNUB Gəncə Dövlət Universitetinin alimi – Azərbaycan tarixi kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Emma Aslanovanın Rusiya Federasiyasında nəşr olunan, “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin bazasına daxil olan, nüfuzlu «Вопросы Истории» jurnalının 2019-cu il üçün 7-ci sayıında elmi məqaləsi dərc olunub.
“Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın əsas istiqamətləri” adlanan məqalədə tarixən eyni regionda yaşayan, Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verən, həmçinin bütün dövrlərdə qonşuluq və dostluq münasibətlərinin nümunəsini yaratmış xalqlar arasındakı əməkdaşlığın əsas istiqamətləri elmi tədqiqata cəlb olunub.
Qeyd edək ki, alim Emma Aslanovanın elmi tədqiqatlarının nəticələri bu vaxta kimi ABŞ, Rusiya, Polşa, Ukrayna, Gürcüstan və sair ölkələrin nüfuzlu elmi jurnallarında nəşr edilib.

GDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər