UNEC-in Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovun elmi məqaləsi Thomson Reuters Agentliyinin (Clarivate Analytics) “Emerging Source Citation Index” bazasına daxil olan jurnalda yer alıb.
“Ukrainian Journal of Ecology” jurnalında dərc olunan tədqiqat işi “Mənzil bazarında qiymətlərin korrelyasiya-reqressiya metodları ilə proqnozlaşdırılması” (“Prediction of prices in housing market with the correlation-regression methods”) mövzusunda olub. UNEC alimi məqаlədə mənzil bazarında fəaliyyətin müsbət dinamikasını təhlil edib, əmlak xidmətlərinin həcminin artırılması və keyfiyyətinin yüksəldilməsinin vacibliyini göstərib. Aparılan korrelyasiya-reqressiya təhlili, müxtəlif amillər arasındakı məhsuldarlıq xarakteristikaları, əlaqə yaxınlığı ilkin və təkrar bazarlarda qiymətləndirməyə və əmlak xidmətləri bazarında baş verən prosesləri modelləşdirməyə imkan verir.

UNEC-in Mətbuat Xidməti