Sabirabad rayonunun Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində Bilik günu qeyd olundu

Sabirabad rayonunun Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində Bilik günu qeyd olundu Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Cənab Prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə bu gün bilik günü kimi qeyd olunur. Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata, məktəb həyatına qədəm qoyurlar. Bilik günü münasibətilə Millət Vəkili Elçin Quliyev Sabirabad rayonunun Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində olub. Bilik Gününə həsr olunmuş tədbiri məktəbin 9-cu sinif şagirdi Mömünə Məmmədova tədbir iştirakçılarını salamlayaraq tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edib. Sonra məktəbin 3-cü sinif şagirdi Həqiqət Səmədzadə babasının müaəllimlər haqqında yazdığı "Müəllim" şerini səsləndirib. Məktəbin Direktoru Könül Ağayeva çıxış edərək qonaqları salamlayıb və yeni tədris ili münasibətilə müəllim və şagird kollektivini təbrik edib.Sonra söz Millət Vəkili Elçin Quliyevə verilib. E.Quliyev çıxış edərək qeyd edib ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizin bütün şəhər və kənd rayonlarında məktəblər inşa və təmir edilməsini qeyd edən Millət Vəkili Elçin Quliyev Bilik Günü münasibətilə bütün şagird və müəllim kollektivini təbrik edib. Sonra Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək qeyd etmişdir ki, təshil aldığınız Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəb isə, elə bu günkü gün-16 sentyabr 1979-cu ildə açılışı olub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən bu məktəbin açılışında özü iştirak etmişdir. O illərdən düz 40 il ötür. Bu böyük bir tarixdir qeyd edən Nadir Quliyev bütün təbriklərə qoşulduğunu qeyd edib.Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev sonda çıxış edərək qeyd etmişdir ki, bu il rayon üzrə ali məktəblərə qəbul olanların 345 nəfərinin 40 nəfəri məhs bu məktəbdən olmuşdur. Buda rayon üzrə orta məktəblərdən ali məktəblərə qəbul üzrə I yeri N.Gəncəvi adına 5 saylı şəhər orta məktəbi tutmuşdur. P.Qarayev məktəbin bu uğurları münasibətilə, eyni zamanda 15 sentyabr Bilik Günü Münasibətilə müəllim və şagirdləri səmimi qəlbdən təbrik edib və təhsildə yeni naliyyətlər arzulayıb.Sonda qonaqlar bir neçə siniflərə baxış keçirib və məktəbə ilk qədəmlərini qoyan birincilərlə görüşüblər.

Mətbuat Xidməti


Sabirabad rayonunun Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində Bilik günu qeyd olundu

Sabirabad rayonunun Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində Bilik günu qeyd olundu

Sabirabad rayonunun Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində Bilik günu qeyd olundu

Oxşar xəbərlər