Nərimanovda Bilik Günü qeyd olunub

Nərimanovda Bilik Günü qeyd olunub Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilik Günü münasibəti ilə ümumtəhsil məktəblərin nümayəndələrinin, valideyn və şagirdlərin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etməyin şərəfli iş hesab olunduğunu vurğulayıb, rayon məzunlarının nailiyyətləri barədə məlumat verib və yeni dərs iində şagirdlərə təhsillərində müvəffəqiyyətlər arzulayıb.

Sonda aztəminatlı ailələrdən olan 100-dən çox şagirdə çantalar və məktəb ləvazimatları hədiyyə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər