Vurğun Əyyub dəfn edilib

Vurğun Əyyub dəfn edilib Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub dəfn edilib.
V.Əyyub Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılıb.
*** 16:58
Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla mərhumun yaşadığı binanın həyətində keçirilən vida mərasimində saz çalınıb.
V.Əyyubun cənazəsi alqışlarla son mənzilə yola salınıb.
Mərhum dəfn edilmək üçün Bakının Suraxanı rayonunda yerləşən "Dədə Qorqud" qəbiristanlığına aparılıb.
*** 15:54
Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla vida mərasimi yaşadığı mənzildə keçirilir.
Mərasimdə V.Əyyubun ailə üzvləri, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın hazırkı başqanı Arif Hacılı, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, onun müavini Seymur Həzi, V.Əyyubun rəhbərliyində təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərakatının üzvləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra mərhum dəfn olunması üçün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığına aparılacaq.
Qeyd edək ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.

Tehsil-pess.az

Oxşar xəbərlər