Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.
Tədbirdə ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsinin dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi vurğulanıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən cari ilin 8 ayı ərzində işlə təmin olunanların 14 056 nəfəri, peşə hazırlığı kurslarına cəlb edilənlərin 465 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunanların isə 7 945 nəfəri gənclərdən ibarət olub.
“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri də tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Cari il ərzində 10 universitetdə belə tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirdə tələbə və məzunlara 60 müəssisədən, ümumilikdə 360 boş (vakant) iş yeri təklif olunub.
Gənclər işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

BDU-nun Mətbuat Xidməti