Gənclərin işlə təminatı: nazirlik hesabat açıqladı

Gənclərin işlə təminatı: nazirlik hesabat açıqladı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 11 ayında 55118 nəfər işlə təmin edilib.

Bu barədə tehsil-press.az saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə, xidmətin Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki Əmək Birjaları vasitəsilə asudə vaxtları ərzində əlavə qazanc əldə etmək istəyən 2926 nəfər qısamüddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərə göndərilib. Həmin şəxslərdən 1227 nəfəri (42 faiz), eləcə də haqqı ödənilən ictimai işlərə göndərilən 1142 nəfərdən 315 nəfəri (27,6 faiz) gənclər olub. Bu il Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevirdə fəaliyyət göstərən 10 ali təhsil müəssisəsində keçirilən aktiv məşğulluq tədbirlərində 370 müəssisəyə aid 1838 boş (vakant) iş yeri tələbə və məzunlara təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər