Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi

Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan "Qoca" ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilməli idi.
Hakim Elmar Rəhimovun icraatında olan prosesin bu günkü iclası da təxirə salınıb.
Buna səbəb dustaqların məhkəməyə gətirilməməsidir. May ayından etibarən Bənu iş üzrə artıq 12-ci iclasdır ki, ard-arda təxirə salınır. Hər bir iclasda da qeyri-müəyyən səbəbdən dustaqlar məhkəməyə gətirilməyib.
Növbəti iclas sentyabrın 30-a təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı məhv edilib.

Tehsil-press.az

Oxşar xəbərlər