Bakı Ali Neft Məktəbində (BANM) "LUKOYL" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə şirkətin Təşkilati inkişaf və karyera idarəçiliyi departamentinin rəhbəri Yuri Piktovnikov, Aktivlər üzrə meneceri Vitali Kuzneçov, "LUKOYL-Azərbaycan" QSC-nin rəhbəri Abdullin Aydar iştirak edib.
BANM-in kampusu ilə tanış olan qonaqlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.
Görüşdə Bakı Ali Neft Məktəbi (BANM) adından çıxış edən Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov qonaqları Ali Məktəbin rektoru Elmar Qasımovun adından salamlayıb. O, nəinki Qafqaz regionunda, hətta, bütün dünyada neft-qaz sektorunun aparıcı şirkətlərindən olan və həmvətənimizin rəhbərlik etdiyi "LUKOYL” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Z.Qurbanov neft-qaz sektoru üçün yüksək ixtisaslı ingilisdilli mühəndis kadrları hazırlayan BANM-in bu sahə üzrə yerli, transmilli və beynəlxalq şirkətlərlə partnyorluq əlaqələrinin olduğunu qeyd edib. Dekan tələbələrin həmin şirkətlərdə istehsalat təcrübəsi keçməsilə yanaşı, karyera da qurduqlarını diqqətə çatdırıb.
“Transmillli şirkət kimi, "LUKOYL” ilə sıx əməkdaşlığa maraqlıyıq. Biz çox istərdik ki, tələbələrimizin "LUKOYL”-da istehsalat təcrübəsi keçməsinə, məzunlarımızın isə işlə təminatına nail olaq. Bundan başqa, birgə elmi-tədqiqatların aparılmasında Ali Məktəbimizin alimlərinin potensialından yararlanmaq mümkündür. Eyni zamanda, şirkətin mütəxəssisləri iş təcrübələri ilə bağlı BANM-də treninqlər də təşkil edə bilərlər”, - deyə Z.Qurbanov əlavə edib.
"LUKOYL”un Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərdiyini bildirən Təşkilati inkişaf və karyera idarəçiliyi departamentinin rəhbəri Yuri Piktovnikov şirkətin Xəzərin Azərbaycan sektorunda ən böyük yataqlardan biri olan Azəri-Çıraq-Günəşli neft yatağında ilk beynəlxalq layihəsini reallaşdırdığını vurğulayıb. O bildirib ki, “LUKOYL” Azərbaycanda fəaliyyətə başlamış Rusiyanın böyük biznes strukturlarından ilkidir. SOCAR-la geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən Y.Piktovnikov BANM-in uğurlu təcrübəsindən yararlanaraq, gələcəkdə “LUKOYL” şirkətinin də bazasında ali təhsil müəssisəsinin yaradılacağı barədə məlumat verib.
“Bakı Ali Neft Məktəbi haqda kifayət qədər məlumatımız var. Bu gün Ali Məktəblə tanışlıq zamanı, burada yaradılan şərait, maddi-texniki baza, müasir standartara cavab verən, zəruri avadanlıqlarla təchiz olunan laboratoriyalar, elmi-tədqiqat mərkəzləri, hətta funksional idman salonu da diqqətimizi çəkdi. Həqiqətən, belə sahəvi yüksək səviyyəli ali təhsil müəssisənin olması sektorun ümumi inkişafı üçün olduqca vacibdir”.
Departament rəhbəri Ali Məktəblə əlaqələrin genişləndirilməsinə, təmsil etdiyi şirkətə texniki səfərlərin təşkil edilməsinə hazır olduqlarını bildirib.
“Ali Məktəbiniz bizim nəhəng partnyorlarımızla tərəfdaşdır. Hesab edirəm ki, birgə əməkdaşlığımızın daha da intensivləşdirilməsi zəruridir”, - deyə Y.Piktovnikov qeyd edib.
“LUKOYL” şirkəti Azərbaycanın akvatoriyasında - Xəzər dənizinin cənub-qərbində yerləşən "Şahdəniz" şelf qaz-kondensat yatağının hazırlamasında iştirak edir. 1995-ci ildən şirkət Azərbaycanda dünya standartlarına cavab verən benzindoldurma stansiyası komplekslərinin şəxsi satış şəbəkəsini genişləndirir.

BANM-nin Mətbuat Xidməti