Bakı Ali Neft Məktəbində (BANM) “MHWirth” qazma şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə rektor Elmar Qasımov, “MhWirth” şirkətinin Xəzər hövzəsi, Yaxın Şərq və Şimali Afrika əməliyyatları üzrə rəhbəri, Baş vitse-prezident Yohannes Eikland, şirkətin Azərbaycan nümayəndəliyinin baş meneceri Rüfət Ziyadxanov, biznes xidmətləri üzrə menecer Azər Məmmədov, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və Ali Neft Məktəbinin digər məsul əməkdaşları iştirak ediblər.
Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara BANM və onun son uğurları, tələbələri və tədris proqramları haqqında danışıb. Qeyd edib ki, BANM-də təhsilin ingilis dilində olması onun tələbə və məzunlarının iri neft-qaz və enerji sektorunda olan transmilli şirkətlərə inteqrasiyasını asanlaşdırır.
BANM-in kampusunun möhtəşəm olduğunu bildirən Yohannes Eikland “MHWirth” şirkəti haqqında məlumat verib. Bildirib ki, bir əsrdən artıq müddətdə qazma qurğularının qlobal təchizatçısı olan “MHWirth” şirkətinin Azərbaycan nümayəndəliyində milli kadrlara üstünlük verilir və işçilərə müvafiq təlimlər, seminarlar və simulyasiyalar keçirilir. Bu nöqteyi-nəzərdən şirkət BANM-in proseslərin avtomatlaşdırılması kafedrası və neft-qaz kafedrasının əməkdaşları və tələbələri ilə əməkdaşlıq edə bilər. Şirkət artıq bütün proseslərin avtomatlaşdırılmasına keçməkdədir. Bu baxımdan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını bitirən məzunlara ehtiyac duyulmaqdadır.
Görüş zamanı proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Manafəddin Namazov və neft-qaz kafedrasının müdiri Farad Kamyabi şirkətlə işbirliyi istiqamətlərinin müəyyən olunması üzrə fikirlər səsləndiriblər.
Şirkətin rəhbəri Ali Neft Məktəbinin müəllim və tələbələrindən ibarət nümayəndə heyətini “MHWirth”də görülən işlər və təlim proqramları ilə tanış olmaq məqsədilə şirkətə dəvət edib.
Görüşdən sonra qonaqlar Ali Məktəbin kampusuna gedərək buradakı laboratoriyalar və təlim mərkəzlərinə xüsusi maraq göstəriblər.
Qeyd edək ki, “MHWirth” şirkəti bir əsrdən artıqdır ki, bütün dünyadan olan müştərilərinə təhlükəsiz qazma həlləri və xidmətləri göstərir.
BANM-nin Mətbuat Xidməti