Azərbaycan Milli Elmlər Akademiyasında torpaqşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vladimir Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.
Tədbiri açan akademik Akif Əlizadə yığıncağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirildiyini bildirib. Görkəmli alimin həyat və elmi yaradıcılığından danışan akademik vurğulayıb ki, V.Volobuyevin torpaqşünaslıq elminin inkişafında mühüm xidmətləri olub. Onun elmi fəaliyyəti əsasən genetik torpaqşünaslıq və şoran torpaqların meliorasiyası, meliorasiyanın və meliorativ rayonlaşdırmanın ərazinin geomorfologiyası ilə əlaqələndirilməsi, relyefin plastikasından istifadə etməklə geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlim arasında qarşılıqlı əlaqə, torpaqların ekologiyası, torpaqəmələgəlmənin energetikası və digər elmi problemlərin tədqiqinə həsr olunub.
Akademik Akif Əlizadə görkəmli alimin bir sıra mühüm vəzifələrdə çalışdığını bildirib: “1930-cu ildə Kuban Kənd Təsərrüfatı İnstitutunu bitirmiş V.Volobuyev 1937-1939-cu illərdə Zaqafqaziya Su Təsərrüfatı Layihə İnstitutunda (indiki Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutu) Torpaq-meliorasiya sektorunun direktoru olub. O, Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların meliorasiyası laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini və direktoru vəzifələrində çalışıb, müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1980-ci illərdə akademiyanın Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi olub”.
V.Volobuyevin elmi və elmi-təşkilati fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik Akif Əlizadə görkəmli alimin iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi fəxri adlarına, həmçinin Mendeleyev adına mükafata layiq görüldüyünü, iki dəfə Qırmızı Əmək Bayrağı, eləcə də Xalqlar Dostluğu, Şərəf Nişanı ordenləri, V.V.Dokuçayev adına Qızıl medalla təltif olunduğunu əlavə edib.
Alimin Azərbaycanda torpaqşünaslıq və meliorasiya elminin inkişafına böyük töhfələr verdiyini deyən akademik Akif Əlizadə onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.
Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Biologiya və aqrar elmlərin inkişafında akademik Vladimir Volobuyevin rolu” mövzusunda məruzə ilə çıxış edib. Alimin aqrar elmin inkişafında xidmətlərindən danışan Əhliman Əmiraslanov onun tədqiqatlarının müxtəlif istiqamətli olduğunu bildirib. Qeyd edib ki, 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının strukturundakı elmi bölmələr, o cümlədən, Biologiya və Kənd Təsərrüfatı Bölməsi ləğv olunub və 1959-cu ildə yenidən bərpa edilərək, akademik Vladimir Volobuyev Biologiya və Təbabət Elmləri şöbəsinə akademik-katib seçilib, 1980-ci ilə kimi bu şərəfli vəzifəni daşıyıb. Sonralar şöbənin adı dəyişdirilib, Biologiya Elmləri Bölməsi adlandırılıb. Akademik Vladimir Volobuyev 1958-1959, 1980-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.
V.Volobuyevin torpaqşünaslıq və meliorasiya ilə yanaşı, aqrokimya, botanika, zoologiya və fiziologiya elmlərinin əlaqələndirilməsi, inkişaf etdirilməsi sahəsində də böyük xidmətləri olduğunu, yeniliklərə açıq bir rəhbər olmasını dilə gətirən Ə.Əmiraslanov 1970-80-ci illərdə akademik Cəlal Əliyevin Azərbaycanda biologiyanın ən müasir elmi istiqamətlərin yaradılması və inkişafı, eləcə də müvafiq tədqiqatlara müxtəlif elm sahələrinə aid mütəxəssislərin cəlb olunması ilə bağlı ideyalarını daim dəstəklədiyini qeyd edib.
Tədbirdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər doktoru Mustafa Mustafayev “Akademik Vladimir Volobuyevin elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, V.Volobuyev professor S.İ.Tyuremnovun rəhbərlik etdiyi ekspedisiyanın tərkibində Azərbaycana gələrək Muğanda torpaqların su-fiziki xassələrini və duzluluğunun öyrənilməsi sahəsində tədqiqatlar aparıb. 1930-cu ildə təyinatla Azərbaycana gəlib ömrünün sonuna kimi həyatını ölkəmizdə torpaqların öyrənilməsi və onların yaxşılaşdırılmasına həsr edib.
Görkəmli alim tərəfindən ilk dəfə olaraq, torpağın iqlim ilə hidrotermik əlaqə sisteminin işlənib hazırlandığını söyləyən M.Mustafayev, həmçinin torpaq ekologiyası təlimində yeni istiqamət olan torpaqəmələgəlmənin energetikasının əsasının qoyulduğunu əlavə edib. Vurğulayıb ki, akademik V.Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmaların müəllifi, eləcə də on il SSRİ Elmlər Akademiyasının “Torpaqşünaslıq” jurnalının baş redaktoru olub. V.Volobuyevin 5 monoqrafiya, 200-ə yaxın məqalə, 4 xəritə və 5 patentin müəllifi olduğunu söyləyən məruzəçi görkəmli alimin kadr hazırlığına da xüsusi diqqət yetirdiyini bildirib: “V.Volobuyev 20 namizədlik və 5 doktorluq dissertasiyasının rəhbər və məsləhətçisi olub. Onun tələbələri bu gün ölkəmizdə və xaricdə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, su-duz balansı, ekomeliorativ qiymətləndirmə, yeni texnologiyalardan istifadə etməklə şorlaşma xəritələrinin tərtibi, münbitlik göstəricilərinin yaxşılaşdırılması ilə bağlı elmi tədqiqat işlərini davam etdirir, çoxsaylı tövsiyə və monoqrafiyalar nəşr etdirirlər”.
M.Mustafayev akademik V.Volobuyevin xatirələrdə torpaqşünaslıq və meliorasiya sahəsində tanınmış görkəmli alim, tələbkar, sakit təbiətli, ciddi insan, çalışqan və savadlı mütəxəssislərin yetişməsində böyük əməyi olan rəhbər kimi qalacağını deyib.
Digər çıxış edənlər elmləri görkəmli alimin həyat və elmi fəaliyyətindən danışaraq akademiklə bağlı xatirələrini bölüşüblər.
Tehsil-press.az