Bakı Slavyan Universitetində (BSU) Elmi-tədqiqat layihələri laborotriyasının tərcümə və leksikoqrafiya bölməsinin təşkilatçılığı ilə Beynəlxalq Tərçüməçilər gününə həsr olunmuş “Müasir tərcümənin aktual problemləri: tədris, nəzəriyyə, təcrübə” adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraqb Beynəlxalq Tərçüməçilər Gününün xüsusi bayram kimi qeyd olunmasını yüksək dəyərləndirib, peşəkar tərcüməçiləri bayram münasibətilə təbrik edib. O bildirib ki, bu gün hər bir mədəni xalq üçün xüsusi bayramdır. Tarix boyu dünya elminə töhfələr verən alim və ziyalılarımızın əvəzsiz xidmətlərindən danışan N.Əliyeva qeyd edib ki, bu alimlərin dünya salnaməsinə düşməsi məhz tərcümə elminin inkişafı sayəsində baş verib. N.Əliyeva deyib ki, Azərbaycanda dünya xalqlarının mədəniyyətinin tanınmasında, o cümlədən qadına məxsus dəyərlərin aşılanmasında Puşkinin, Lermontovun, Dostoyevskinin, Saltıkov Şedrinin əsərlərinin dilimizə tərcüməsinin böyük rolu var. O vurğulayıb ki, dünyəvi elm və təhsilin inkişafı, dünya mədəniyyəti ilə tanışlıq tərcümə sahəsi olmadan mümkün deyil. Rektor BSU-da uzun illər tərcümə mərkəzinin fəaliyyət göstərməsini, bu mərkəzin mütəxəssisləri tərəfindən dünya ədəbiyyat incilərinin Azərbaycan dilinə peşəkarlıqla tərcümə edilməsini yüksək qiymətləndirib. Həmin mərkəzin hazırda yeni Start ap layihəsi əsasında daha geniş istiqamətdə fəaliyyət göstərdiyini deyən N.Əliyeva tərcümə istiqamətində qarşıdan duran planlardan da söz açıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında vurğulayıb ki, respublika üzrə tərcüməçilik sahəsinə BSU-da tədris olunan slavyan dilləri, o cümlədən yunan dili xüsusi töhfələr verə bilər. Qeyd edilən dillər üzrə peşəkar tərcümə üçün məhz BSU-ya müraciət etməyin məqsədəuyğun olduğunu bildirən R.Novruzov tərcümə mərkəzləri ilə sıx əməkdaşlıq qurmağın əhəmiyyətini diqqətə çatdırıb.
BSU-nun tədris işlər üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, texnologiyanın inkişaf etdiyi müasir dövrdə ortaya çıxan tərcümə proqramları tərcümə prosesinin daha da asanlaşmasına şərait yaradıb. Əyani lüğət vəsaitlərinin elektron formaya salınmasını məsləhət görən T.Cəfərov virtual şəkildə bu lüğətlərin daha çox oxucu kütləsi qazanacağını bildirib. Onun sözlərinə görə, son illər ərzində BSU-nun bir çox istedadlı tələbəsinin tanınmış tərcümə mərkəzlərində işlə təmin olunması halı artıb. Bu isə universitetin peşəkar tərcüməçi yetişdirməsinin göstəricisidir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanımnda Dövlət Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin direktoru Etimad Başkeçid çıxışında müasir tərcümə proqramlarının inkişafına baxmayaraq, hər zaman insan faktoruna əyani şəkildə ehtiyac yrandığını bildirib. Tərcüməçiliyin inkişafında praktik təcrübənin önəmini xüsusi vurğulayan E.Başkeçid Azərbaycan Dövlət Tərcümə Mərkəzinin BSU ilə gələcəkdə tərcümə sahəsində vacib dərs vəsaitlərinin nəşrində müştərək əməkdaşlıq qurması fikrini irəli sürüb.
“Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorunun müavini Mahir Qarayev hazırda ölkəmizdə keçmiş sovet dönəmindən fərqli olaraq tərcümə sahəsində demokratiya hökm sürdüyünü bildirib. Bu gün dilimizə tərcümə olunan kitablarda bədii və obrazlı təsvirin zəif olmasınının səbəbini bəzi tərcüməçilərin Ana dilini dərindən bilməməsində görüb.
Sonra BSU-nun Tərcümə fakültəsinin dekan müavini Sevinc Xudiyeva fakültədə ixtisaslaşma və tədris prosesi, peşəkar kadr hazırlığı barədə geniş məlumat verib.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının Xarici dillər və ökəşünaslıq kafedrasının baş müəlimi Nəsibə Abbasova qloballaşma dövründə multikultural idarəetmənin inteqrasiya prosesinə çevrildiyi, tərcümə sahəsində dünya oxucusunun zövqünün nəzərə alınmasının əhəmiyyəti, tərcümə sayəsində dilimizdə yeni sözlərin yaranmasına ehtiyac yaranması və digər məsələlər barədə söz açıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal çıxışında tərcümə sahəsində ixtisaslaşma, sinxron tərcüməçilik barədə danışaraq bildirib ki, hazırda ölkəmizdə nəzəri baxımdan yeni tərcümə kitablarının nəşrinə ehtiyac var.
BSU-nun Avropa dilləri kafedrasının professoru Qılıncxan Bayramov rus dilində ilk tərcümə kitablarının nəşrində BSU mütəxəssislərinin rolunu qeyd edib. Tərcüməçilik sahəsində işə qəbulun əyani şəkildə aparılmasının tərəfdarı olduğunu deyən alim habelə insan adlarının onun mənsub olduğu ölkənin dilində yazılmasını məsləhət görüb. “Dədə-Qorqud”, “Koroğlu” dastanlarının dünya dillərinə düzgün şəkildə tərcümə edilməsinin, o cümlədən Dağlıq Qarabağ problemi ifadəsinin Azərbaycan dilində olduğu şəkildə digər dillərdə də saxlanmasının vacibliyini vurğulayıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin direktor müavini Fikrət Doluxanov çıxışında televiziyada efirə gedən bədii və sənədli filmlərin Azərbaycan dilinə tərcümə olunmasında daim peşəkar kadrlara ehtiyac yarandığını deyərək BSU-da hazırlanan gənc kadrlarla əməkdaşlıq etmək təklifini irəli sürüb.
BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev AMEA-nın uzun illər Azərbaycanda tərcümə mərkəzi rolunu oynadığına diqqəti çəkib. O bildirib ki, hazırda Azərbaycanda Cəlaləddin Ruminin əsərlərinin, o cümlədən “Şəms Divanı”nın tərcüməsinə xüsusi ehtiyac var. İ.Quliyev qeyd edib ki, bədii əsərlərdən fərqli olaraq elmi əsərlərin tərcüməsi tərcüməçidən ciddi mütəxəssis olmağı tələb edir.
Tədbirdə çıxış edən “Şəms” Tərcümə mərkəzinin direktoru Nəsimi Həsənov, “Avrasiya” Tərcümə mərkəzinin direktoru Nərminə Hüseynova yeni nəslin müasir texnologiyaya uyğunlaşmasının vacibliyini qeyd edərək BSU ilə gələcəkdə əməkdaşlıq qurmağın vacibliyini diqqətə çatdırıblar.
BSU-nun Elmi-tədqiqat layihələri laborotriyasının tərcümə və leksikoqrafiya bölməsinin müdiri Kamran Hacıyev laborotoriyanın gələcək planlarından danışıb, səsləndirilən fikirlərin gələcəkdə laborotriyanın fəaliyyətində nəzərə alınacağını bildirib.

BSU-nun Mətbuat Xidməti