Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib Sumqayıtın Tarixi Muzeyində baş tutan müşavirə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunub.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müşavirəni açaraq şəhərin 70 illik yubileyi münasibətilə keçiriləcək Mədəniyyət festivalı haqqında məlumat verib.
İdarə rəisi çıxışında festivalda iştirak edəcək kollektivlərin müəyyən olunması, bölgələrdən olan kollektivlərin iştirakı, qonaqların dəvəti, nümayiş olunacaq kitab və rəsm sərgiləri, regionalrın folklor və mətbəx nümunələrinin təqdimatı, konsert proqramlarının təşkili və s. haqqında fikirlərini bildirib, tapşırıqlarını verib.
Müşavirədə həmçinin, qeyd olundu ki, Sumqayıtın 70 illik yubileyi ilə bağlı keçirilən “Sumqayıta həsr olunmuş ən yaxşı şeir” və “Sumqayıta həsr olunmuş ən yaxşı mahnı” müsabiqələri artıq başa çatıb.
Bununla bağlı yekun tədbir keçiriləcək və müəyyən olunmuş nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.
Sonda cari məsələlər müzakirə olunub, tapşırıqlar verilib.

Mətbuat Xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Oxşar xəbərlər