Türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcəklər

Türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcəklər Bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbirdə tanınmış türkoloq, tarix elmləri doktoru Məmmədli Güllü Yoloğlu deyib.
Onun sözlərinə görə, 2009-cu il oktyabr ayının 3-də Naxçıvan şəhərində təşkil olunan Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir:
"Bu yaxınlarda Özbəkistan da bu Sazişə qoşulub. Bundan əlavə, Macarıstan da müşahidəçi üzv kimi iştirak edir. Şura təsis olunduqdan sonra zirvə görüşləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri" adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsi qərara alınıb. Bu məqsədlə 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gəlişi gözlənilir".

Tehsil-press.az

Oxşar xəbərlər