Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək

Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.
Bu barədə Tehsil-press.az-a Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.
Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.
Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər