Oktyabrın 12-də ADA Universitetində Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə “Gənclərin debatı 2019” yarışması keçirilib.
Tədbir AİB-in ölkəmizlə tərəfdaşlıq münasibətlərinin qurulmasının 20 illiyinə həsr edilib. Debatlar “Azərbaycanın son 20 illik inkişafında Asiya İnkişaf Bankının rolu” mövzusuna həsr olunub.
Gün ərzində debatlar 3 nəfərdən ibarət komandalar arasında üç raundda aparılıb. Müxtəlif ali və orta təhsil ocaqlarını təmsil edən 16-25 yaşlı iştirakçılar arqumentlərini ingilis dilində təqdim ediblər. Yarışa hazırlıq iştirakçılar tərəfindən bir ay əvvəl başlanıb.
Final komandalar günün sonunda AİB-in Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, AİB Azərbaycanın ən iri inkişaf tərəfdaşıdır. Ölkəmiz 1999-cu ilin dekabrından AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikamıza 5 milyard dollardan çox maliyyə vəsaiti ayırıb. Bu il münasibətlərimizin 20 illiyi ilə yanaşı, AİB-in Azərbaycanda nümayəndəliyinin açılmasının 15 illiyi tamam olur. ADA Universitetində keçirilən “Gənclərin debatı 2019” bu təqvimlərlə əlaqədar silsilə tədbirlərin bir hissəsidir.
Tehsil-press.az