Sevindirici haldır ki, Azərbaycanda Böyük İpək Yolunun dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb və bu sahədə işlər uğurla davam etdirilir.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masada jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Tarix İnstitutu dünyanın aparıcı tədqiqat mərkəzləri, elmi müəssisələri ilə əməkdaşlıq qurub. İnstitut Azərbaycan tarixinin dünya səviyyəsində araşdırılması istiqamətində fəaliyyətini günbəgün genişləndirir.
Yaqub Mahmudov vurğulayıb ki, Azərbaycan-Çin əlaqələri qədim tarixə malikdir. Tarix İnstitutu ilə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasında əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq.
“Çində Azərbaycan haqqında məlumatların saxlandığı önəmli arxivlər var. Ümid edirəm ki, imzaladığım müqavilə ilə biz bu arxivlərə giriş əldə edəcəyik. Azərbaycan tarixi haqqında maraqlı faktların ictimaiyyətə çatdırılmasına nail olacağıq”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.
Tehsil-press.az